Ramil Usubov kolligiya iclası keçirdi

img

03-12-2011 [09:59]


Bu gün Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) ?Şəhər, rayon polis orqanlarının növbətçi hissələrində?, ?Təhlükəsiz şəhər? və ?102? xidmətlərində, həmçinin ?Bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması? sahəsində görülən işlərin vəziyyətinə həsr olunan geniş kollegiya iclası keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, kollegiyada respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov gündəlikdəki məsələlərin aktuallığını və vacib olduğunu vurğulayıb, mahiyyət etibarilə onların insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri, perspektiv vəzifələri ehtiva etdiyini bildirib. Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov deyib ki, xidmətin strukturu müasir dövrün tələblərinə uyğun yenilənən funksiyalara uyğunlaşdırılıb, ştatlar optimallaşdırılıb, normativ-hüquqi və maddi-texniki baza möhkəmləndirilib, əməliyyat şəraitinin izlənilməsində və nəzarətdə saxlanılmasında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi geniş xarakter alıb. O qeyd edib ki, cari ilin əvvəlində 56 polis orqanının ?102? Xidməti Zəng Mərkəzinə qoşulması ilə sistemin respublikanın bütün ərazisini əhatə etməsi üzrə işlər başa çatdırılıb. Nəticədə regionlarda əməliyyat şəraitinə və əməliyyat qruplarının hadisə yerlərinə vaxtında çıxmasına mərkəzləşdirilmiş nəzarət xeyli güclənib. Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış edib. O bəyan edib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasında göstəriciləri aşağı olan şəhər-rayon polis orqanlarına zəruri əməli köməkliklər göstərilib, bağlı qalan müvafiq cinayətlərin açılması üçün adekvat tədbirlər görülüb. Müzakirələrdə çıxış edənlər görülən işlərdən, mövcud nöqsan və çatışmazlıqlardan danışıb, onların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görəcəklərinə söz veriblər. Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov qeyd edib ki, son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə nazirlik sistemində həyata keçirilən mühüm layihələrdən olan ?102? Xidməti - Zəng Mərkəzi və ?Təhlükəsiz şəhər? avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması cinayətlərin qeydiyyatına, növbətçi hissələrdə vətəndaşların qəbuluna mərkəzləşdirilmiş nəzarəti xeyli gücləndirib, habelə əməliyyat şəraitinin fasiləsiz izlənməsinə böyük imkanlar yaradıb. R. Usubov hərəkət iştirakçılarının həyat və sağlamlığının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasının polisin əsas vəzifələrindən olması baxımından, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işləri hər bir orqan rəisinin ciddi nəzarətdə saxlamasını tələb edib. Daxili işlər naziri gündəlikdəki məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. 2011-ci ilin başa çatmasına bir aydan da az vaxtın qaldığını xatırladan nazir iclas iştirakçılarının diqqətini səylərin daha da artırılmasına, bütün qüvvə və imkanların ağır və xüsusilə ağır cinayətlərin açılmasına, axtarışda olanların tutulmasına səfərbər olunmasının vacibliyinə cəlb edib. O, dövlət başçısı İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni bundan sonra da qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın keşiyində daha sayıq dayanacaq, qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA