Azura günündə içəri zəhərdəki ?Cümə? məscidində qanvermə aksiyası keçiriləcək

img

03-12-2011 [02:32]


Noyabr ayının 26-da başlanmış Məhərrəm ayının keçiriləmsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında verilmiş fətvaya əsasən dekabır ayının 6-na təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində növbəti dəfə irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın xeyrinə könüllü qanvermə aksiyalarının keçiriləməsi qərara alınmışdır. Könüllü qanvermə aksiyasının keçiriləcək yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçəri şəhər ?Cümə? məscididir. Məsələ ilə bağlı İçəri şəhər ?Cümə? məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirmişdir ki, artıq neçə ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər ?Cümə? məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq ?Cümə? məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal almışdır. Hacı Surxay qeyd etmişdir ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və artıq 6-cı dəfə Aşura günü məsciddə qanvermə aksiyası təşkil olunacaqdır. Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılmışdır. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotolociya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulmacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 130-dan çox insan iştirak etmişdir. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olmuşdur. Məlumat üçün bildiririk ki, Səbail rayonunda ?Cümə? məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcəkdir. Bunula əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülmüşdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA