Qafqaz Universiteti tələbələri Gürcüstanda uğur qazanıblar

img

02-12-2011 [05:18]


26-29 noyabr 2011-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində ?Universitet Tələbələrinin 36-cı ACM Proqramlaşdırma? Beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsi və Cənubi Qafqaz Açıq Birinciliyi keçirilib. Müsabiqələrdə Azərbaycandan Qafqaz Universiteti 4 komanda (hər komandada 3 tələbə): Baku Qafqaz U 1, Baku Qafqaz U 2, Baku Qafqaz U 3, Baku Qafqaz U 4 ilə, Moskva Dövlət Universitetinin Bakı filialı 2 komanda ilə təmsil olunub. Cənubi Qafqaz Açıq Birinciliyi komanda müsabiqəsində 2 komandamız II dərəcəli, 1 komandamız III dərəcəli diplomlarla, fərdi müsabiqədə 1 tələbəmiz I dərəcəli diplomla təltif olunublar. Qeyd edək ki, Cənubi Qafqaz Açıq Birinciliyində komanda müsabiqəsində 55 komanda, fərdi müsabiqədə 66 tələbə iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA