Azərbaycanda hər 465 nəfərdən biri QiCS-ə yoluxur

img

01-12-2011 [04:51]


Bu gün Ümumdünya "QİCS-lə Mübarizə Günü? dür. QİSÇ əsrin ən dəhşətli xəstəliklərindən biri hesab edilir və hər il yüzlərlə insanın ölümünə yol açır. Rusiyanın QİÇS mərkəzinin müdiri Vadim Pokrovski xəstəliklə mübarizə günü tükürpədici statistikaya diqqət çəkib. Statistikaya görə, yeni QİÇS faktlarının 90 faizi Rusiya və Ukraynada qeydə alınıb. Rusiyada bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi sayı 532 min, Ukraynada isə 360 mini ötüb. Həqiqi rəqəmlər isə bundan iki dəfə çoxdur. Pokrovskinin sözlərinə görə, son vaxtlarda QİÇS-in ən sürətlə yayıldığı yer Şərqi Avropadır. "2010-cu ildə Rusiyada 58 min 428 yeni xəstə qeydə alınıb. Bu ilin 10 ayında isə xəstələrin sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artıb. İlin sonuna qədər bu rəqəmin 62 mini ötəcəyini gözləyirik". Mütəxəssis Azərbaycanın yaxın qonşusu olan Rusiyanın QİÇS xəstəliyinə yoluxma təhlükəsi yüksək olan ölkələr kateqoriyasında yer aldığını qeyd edib. Xəstələrin 2,2 faizini 30-35 yaş arası olan kişilər təşkil edir. QİÇS mərkəzinin rəhbəri adıçəkilən xəstəliyin ilk 10 il heç bir əlamət verə bilməyəcəyini də açıqlayıb. Azərbaycanda isə hər 465 nəfərdən biri QİCS-ə yoluxur. Onların 82 faizini kişilər təşkil edir. Bu rəqəmlər Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin ?1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü? ilə bağlı keçirdiyi tədbirdə açıqlanıb. Mərkəzin direktoru Həqiqət Qədirovanın sözlərinə görə, bu günə qədər ölkədə 3199 nəfər bu xəstəliyə yoluxub, 424 nəfəri dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA