Kür və Araz çaylarının çirklənmə səviyyəsini öyrənmək üçün növbəti monitorinq keçirilib

img

01-12-2011 [03:19]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın III ongünlüyündə Kür çayında suyun sərfi ayın II ongünlüyünə nisbətən 5 kubmetr/saniyə azalaraq 158 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində fenollar 5, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3 dəfə, Ağstafaçay məntəqəsində isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni üstələyib. Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində fenollar 3, mis birləşmələri 2 dəfə, Bəhrəmtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA