Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda səfərdə olub

img

30-11-2011 [03:08]


27-30 noyabr 2011-ci il tarixlərində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşun (Jozsef Meszaros) dəvəti əsasında Macarıstanda səfərdə olub. Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, səfər çərçivəsində Səlim Müslimovun Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroşla, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin Direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar (Jozsef Banyar) ilə görüşləri keçirilib. Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilib, fikir və məlumat mübadiləsi aparılıb, ekspertlər səviyyəsində danışıqlar keçirilib. Səfərin sonunda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Səfər çərçivəsində Səlim Müslimovla Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad (Roza Nagy) arasında görüş keçirilmişdir. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilib. Həmçinin Azərbaycan və Macarıstan arasında sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA