Hesablama Palatası Cavid Qurbanovun idarəsini yoxlatdıracaq

img

29-11-2011 [06:54]


Azərbaycan Hesablama Palatası növbəti kollegiya iclasını keçirib. Hesablama Palatasından verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin ?Azəryolservis? Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı-Lahıc avtomobil yolunun və Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisinə və İmişli, Salyan Yol İstismar İdarələrinə ayrılan vəsaitlərin istifadəsinə dair auditlərin nəticələri barədə Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilib, qəbul olunmuş qərarlar barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın verilməsi qərara alınıb. İclasda, həmçinin, Xaçmaz və İmişli rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil-kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ?Təhsil? bölməsi və dövlət əsaslı vəsait qoyuluşu üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə və onun nəzdində fəaliyyət göstərən İnşaat kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ?Təhsil? bölməsi üzrə Azərbaycan Texnologiya Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının saxlanılmasına ayrılan vəsaitlərdən və ?Pensiya və sosial təminat layihəsi? üzrə Dünya Bankından hökumət zəmanəti ilə cəlb edilən kreditdən istifadəyə, dövlət əsaslı vəsait qoyuluşundan Bakı Metropoliteni üzrə ?Azadlıq prospekti? stansiyasının tikintisinə və avadanlıqların alınmasına ayrılan vəsaitlərdən və ?Azərtunelmetrotikinti? Açıq Səhmdar Cəmiyyəti üzrə əmlakdan və tikinti materiallarından mövcud normativlərə uyğun istifadə olunmasına dair Audit Proqramları təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA