Rafiq Tağıya həsr olunmuz anma törəni keçirilib

img

29-11-2011 [11:59]


Türkel Araşdırma Qurumunun, Mütləqə İnam Ocağının və Milli Qurtuluş Partiyasının birgə təşəbbüsü ilə Rafiq Tağının xatirəsinə həsr olunmuş Anım Tədbiri keçirilib. Tədbirdə media mənsubları, Rafiq Tağını sevən dostları və yazıçının qardaşı İlqar Tağı iştirak edib. Tədbiri giriş sözü ilə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı açıb. O, iştirakçılara gəldikləri üçün təşəkkürünü bildirərək, Rafiq Tağıya olan sayğıdan yaranan törənin mahiyyətini ifadə edib. Soylu Atalı Rafiq Tağının kimliyi haqqında danışıb və aşağıdakıları bildirib:? Düşünürəm ki, bir fərdin nə yazmasından, hansı səviyyədə yazmasından asılı olmayaraq, Rafiq Tağının qətlində dövlətçiliyin təhdid olunması məsələsi var. Bu da bizləri ciddi düşündürür, narahat edir?. Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan gələnlərə təşəkkür edərək qeyd etdi ki, ?Rafiq Tağının timsalında dəyərli bir aydınımızı itirdik. Tarixdə də belə ağrılarımız olub. Əgər millət bir qətlin qarşısında geri çəkilərsə, onda bu millət nə dövlət qura bilər, nə də bütövləşə bilər?. Daha sonra çıxış edən tədbir iştirakçıları Ziyalı Surxay Qocayev, MQP Böyük Məclisinin başqanı Asif Ozan, gənc yazar Könül Səid, Rafiq Tağının qardaşı İlqar Tağı, gənc yazar Zaur Qəriboğlu, gənc yazar İlahə Nəsibova, MQP başqanının müşaviri İnqilab İsmayıl, Asif Ata Ocağının övladları Ulusəs Atalı, Nurtəkin Atalı, Göylü Atalı, Yasin Türksoy, Nəsibə Əsgəroğlu, gənc yazar Ağa Cəfərli başsağlığı verərək, Rafiq Tağı ilə bağlı xatirələrindən danışıb, yazıçı-publisistə qarşı törədilmiş terror hadisəsini lənətləyib. Sonda Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Ocaq Kurallarına uyğun olaraq Asif Atanın ?Ölümlə Görüş? və ?Matəm üstə Mütləqlə Təması? oxuyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA