Din xadimləri irəvanda bəyannamə qəbul etdi

img

28-11-2011 [06:20]


Bütün ermənilərin katalikosu II Qareqin, Moskva və bütün Rusiya patriarxı Kirill və Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə İrəvanda keçirilən din xadimlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair yekun bəyannamə qəbul edib. Patriarx Kirill jurnalistlərə bildirib ki, tərəflər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir. Onun sözlərinə görə, tərəflər vurğulayıb ki, bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Patriarx Kirillin sözlərinə görə, bununla əlaqədar onlar ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyəcəklərini bəyan edib: ?Biz tərəflərin güc tətbiq etməməsi ilə bağlı danışırıq. Bu, insanlara Qarabağ probleminin sülh yolu həll olunacağına ümidlə baxmağa imkan yaradacaq?. Rusiya Patriarxı xatırladıb ki, daha əvvəl dini liderleri əsir və şəhid olanların cənazələrinin qaytarılması ilə bağlı təşəbbüslə çıxış etmişdilər: ?Əgər qan tökülməsi dayandırılsa, onda mənəvi və psixoloji durumda da dəyişiklik olar. Bu da münaqişənin həlli istiqamətində yeni perspektivlər açacaq?. Xatırladaq ki, Moskva və bütün Rusiya patriarxı Kirill və Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə İrəvana MDB ölkələrinin Dinlərarası Şurasının ikigünlük Rəyasət Heyətinin iclasında iştirak etmək üçün gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA