BDM-də görüz keçirilib

img

26-11-2011 [01:12]


Bu gün Beynəlxalq Diaspor Mərkəzində (BDM) ?El gücü? Beynəlxalq Humanitar Assosasiyasının (BHA) idarə heyətinin sədri Sara Məmmədova və Saratov vilayətində yaşayan texniki elmlər doktoru, professor Rafael Qəribovla görüş keçirilib. Görüşü giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev BDM-in fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat verdi. Tərəflər arasında Azərbaycan lobbisinin xaricdə təşkili və fəaliyyəti ilə bağlı geniş müzakirələr aparıldı. Qərara alındı ki, BDM və ?El gücü? BHA yaxın gələcəkdə dünyanın müxtəlif ölkələrində yaşayan ziyalıları Saratov şəhərinə dəvət edib məlum məsələlərlə bağlı konfrans keçirilsin. Tədbirdə BDM-in departament rəhbərləri Kamil Məhərrəmoğlu və Ceyhun Ağayev də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA