2012-ci ildə orta aylıq əmək haqqı 432 manat proqnozlazdırılır

img

22-11-2011 [03:01]


Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsi sosial və investisiya yönümlüdür. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bu gün gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib. ?2012-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin ediləcək. ÜDM artımı 5,7% təşkil edəcək. Bununla yanaşı, qeyri-neft sektoru ÜDM-nin 57%-ni təmin edəcək?, - deyə O.Əsədov bildirib. Onun sözlərinə görə, 2012-ci ildə iqtisadiyyata investisiya qoyuluşlarının ümumi həcmi təxminən 14 mlrd. manat təşkil edəcək ki, bu da 2011-ci ilin göstəricisindən 10% çox olacaq. Bütovlükdə, gələn il investisiyaların 70%-dən çoxu daxili investisiyaların payına düşəcək. O.Əsədov vurğulayıb ki, 2012-ci ildə orta aylıq nominal əmək haqqı 432 manat məbləğində proqnozlaşdırılır və 2011-ci ilin göstəricisindən 11,6% çox olacaq. Spiker əlavə edib ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin proqnozundan 5,7% çoxdur. Gələn il neft sektoru dövlət büdcəsinin gəlirlərinin 73%-ni, qeyri-neft sektoru isə 27%-ni təmin edəcək. 2012-ci ildə dövlət büdcəsinin xərcləri 16 mlrd. 984,4 mln. manat təşkil edəcək və 2011-ci illə müqayisədə 6,5% artacaq. ?2012-ci ilin dövlət büdcəsi həm sosial, həm də investisiya yönümlüdür. Gələn il sosial xərclər 4,7 mlrd. manat və ya bütün büdcə xərcinin 28%-ni təşkil edəcək və 10% artacaq. Dövlət büdcəsinin əsaslı xərcləri 7,8 mlrd. manat və ya bütün xərclərin 46%-ni təşkil edəcək?, - deyə O.Əsədov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA