Allahzükür Pazazadə Patriarx Kirilli "Şeyxülislam ordeni" ilə təltif edib

img

22-11-2011 [11:20]


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Moskva və bütün Rusiya Patriarxı Kirillin 65 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Patriarx Kirillin dinlərarası dialoq prosesinə verdiyi töhfələri xüsusi vurğulayıb, onun Azərbaycan və Rusiya arasında mənəvi əlaqələrin inkişafına verdiyi önəmi yüksək dəyərləndirib, Patriarxın son iki il ərzində iki dəfə Azərbaycana səfər etməsini xatırladıb. Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillin anadan olmasının 65-ci ildönümü münasibətilə Azərbaycan və Qafqaz müsəlmanları adından dinlərarası və millətlərarası dialoqun inkişafına, MDB məkanında və bütün dünyada mədəni əlaqələrin möhkəmləndirilməsi, Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın, Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq əlaqələrinin dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfəsinə görə Moskva və bütün Rusiya Patriarxı Kirilli "Şeyxülislam ordeni" ilə təltif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA