Respondentlər pensiya islahatlarında razı qalıblar

img

21-11-2011 [12:29]


Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. 21.06.2011-ci il tarixindən 21.11.2011 ci il tarixinə kimi keçirilmiş bu dəfəki sorğu zamanı respondentlərə ?Sığorta-pensiya sistemində həyata keçirilən islahatların başlıca üstünlüyü nədən ibarətdir? sualı ünvanlanıb. Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sorğuda iştirak edənlərin çoxu - 47,53 faizi bildirib ki, son vaxtlar həyata keçirilən islahatların əsas üstünlüyü pensiyaların sosial ədalət prinsipi ilə artırılmasıdır. Respondentlərin 16,06 faizi islahatların üstün cəhəti kimi fərdi uçota keçidi, 10,24 faizi pensiyaların plastik kartlarla verilməsini, 13,40 faizi pensiyaların hesablama mexanizmlərinin sadələşdirilməsini gördüyünü nəzərə çatdırıb. Respondentlərin 12,77 faizi isə onlara ünvanlanan suala ?bilmirəm? cavabını verib. Sorğunun nəticələri göstərib ki, respondentlərin böyük əksəriyyətinin (47,53 %) sıgorta-pensiya sistemindəki islahatların üstün cəhəti kimi pensiyaların sosial ədalət prinsipləri ilə artırılmasını seçməsi son illər bu istiqamətdə ardıcıl tədbirlərin yerinə yetirilməsiylə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA