Nə? Harada? Nə zaman? üzrə ?Freedom Cup? turniri baz tutdu

img

21-11-2011 [12:02]


İntellektuallar dövlət müstəqilliyinin bərpasının 20 illiyini biliklərinin gücünü göstərməklə qeyd etdilər. Xəzər İntellektual Gənclər Klubu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ?Nə? Harada? Nə zaman?? intellektual oyunu üzrə ?Freedom Cup? turnirini təşkil etdi. Gənclər və İdman Nazirliyinin və GRBS-in dəstəyi ilə ke?irilən turnir Ambassador oteldə baş tutdu. Turnirdə ölkənin ən güclü 30 komandası iştirakı edirdi. İştirakçılar arasında həm Xəzər İntellektual Gənclər Klubunun yüksək liqalarında təmsil olunan, həm klubun həyata ke?irdiyi Universitet və Məktəb liqaları layihələrinin, həm də digər klubların komandaları yer almışdılar. Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurovun sözlərinə görə, İntellektual oyunlar üzrə təşkil olunan turnirlər bundan sonra da davamlı olaraq təşkil olunacaq. O, ?Xəzər klubu bu istiqamətdə fəaliyyətini 2012-ci ildə daha da genişləndirəcəyini vurğuladı.? Yarışın suallar paketinin redaktorları Rusif Hüseynov və Oktay Məhərrəmov isə iştirakçılara 48 sualdan ibarət maraqlı yarışma və komandalar arasında sona qədər davam edən mübarizə bəxş etdilər. Nəticədə, ?Freedom Cup?ın qalibi Brainstorm komandası oldu. İkinci və ???nc? yeri isə müvafiq olaraq Cihad və Diplomat komandası tutdu. Qaliblər kubok, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA