Ölkə ərazisində qar yağacaq

img

21-11-2011 [11:20]


Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz, bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Temperatur gecə 4-6? isti, gündüz 6-9? isti olacaqdır. Bakıda gecə 4-6? isti, gündüz 7-9? isti olacaqdır. Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 770 mm civə sütununa yüksələcəkdir, nisbi rütubət 80-90 faiz olacaqdır. Naxçıvan Muxtar Respublikasında gecə və axşam yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır. Temperatur gecə 0-5?, bəzi yerlərdə 3?-dək isti, gündüz 6-11? isti olacaqdır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz, lakin bəzi yerlərdə çiskinli, yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperatur gecə 0-5? şaxta, gündüz 0-5? isti olacaqdır. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz, gecə və axşam az yağıntılı olacaqdır. Səhər bəzi yerlərdə duman olacaqdır. Temperatur gecə 0-5? isti, gündüz 6-11? isti olacaqdır. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Temperatur gecə 1-6? isti, gündüz 7-11? isti təşkil edəcəkdir. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır. Temperatur gecə 4-7? isti, gündüz 8-11? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 4-7? isti olacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA