ictimai Palatanın Ağdam zöbəsindən Rafiq Əliyevə dəstək

img

19-11-2011 [08:48]


İctimai Palatanın Ağdam şöbəsi Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən çıxarılması ilə bağlı etiraz bəyanatı verib. MİA-ya daxil olan bəyanat da qeyd olunur ki, Rafiq Əliyev və onun kimi şəxslər Azərbaycanın heç nə ilə müqayisə və əvəz oluna bilməyən milli sərvətidir və onlar lazımi səviyyədə qorunmalı və müdafiə edilməlidir. Qurum hesab edir ki, ADNA rəhbərliyinin dünya miqyaslı alim Rafiq Əliyevi işdən çıxarması barədə qərarı Azərbaycan hakimiyyətinin beynəlxalq səviyyədə ciddi tənqidlərlə üzləşməsinə səbəb olacaq: ?Eyni zamanda biz Ağdam müxalifətçiləri olaraq, Rafiq Əliyevə qarşı aparılan kampaniyada ağdamlıların da iştirakı pisləyir, Rafiq Əliyev kimi alimə qarşı ədalətsiz mövqedən əl çəkməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA