Mübariz ibrahimova həsr olunan festival yekunlazır

img

19-11-2011 [06:38]


Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsi olan Gənclərin I Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. MİA-nın xəbərinə görə, noyabrın 21?də Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişatı ilə bağlı mətbuat konfransı keçiriləcək. Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda keçirilən festival dekabrın 1?də başa çatır. Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. 4 bölgə (İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən atrıq gənc qatılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçiriləcək. Tədbirdə festivala dəstək verən Gənclər və İdman nazirliyinin, Mədəniyyət və Turizm nazirliyinin, millət vəkillərinin, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, həmçinin QHT, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA