Heydər Əsədov Gömrük Komitəsinin sədr müavini ilə qohum olur

img

19-11-2011 [03:28]


Məqliyyat Naziri Ziya Məmmədovla quda olan Hesablama Palatasının sədri Heydər Əsədov hakimiyyət daxilindəki mövqelərini gücləndirdi. Təsadüfi deyil ki, artıq Hesablama Palatasının sədrinin adı da güclü məmurların sırasında çəkilməyə başlayıb. Hesablama Palatasının hökumətin tərkibinə daxil olan əksər qurumlarda yoxlamalar həyata keçirməyə başlaması da iqtidar daxilində qüvvələr nisbətinin dəyişməsinin göstəricisi sayıla bilər. Ancaq görünür bunlar son deyil. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Hesablama Palatasının sədri indi də Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-leytinant Əsgər Abdullayevlə quda olmağa hazırlaşır. Qeyd edək ki, Əsgər Abdullayev gömrük orqanlarında ən nüfuzlu şəxslərdən biri sayılır və fövqəladə hallar naziri Kəmaləddin Heydərova çox yaxın məmurlardan hesab olunur. Onun gömrük orqanlarına qəbulu da Kəmaləddin Heydərovun DGK-inə sədr təyin olunmasından az sonraya təsadüf edir. Onun ?fövqəlnazir?in inanılmış adamlarından biri olmasını təsdiq edən digər fakt ondan ibarətdir ki, Əsgər Abdullayev gömrük orqanlarına qəbul oluanarkən dərhal yüksək vəzifə alıb və uzun müddət də strateji sahə hesab olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu vəzifə isə ona ölkənin bütün hava limanlarından xarici dövlətlərə uçuşlara nəzarət etmək imkanı verib. Belə strateji bir sahəni Kəmaləddin Heydərov tam güvəndiyi bir şəxsə etibar edə bilərdi. Təsadüfi deyil ki, bu gün Əsgər Abdullayev Dövlət Gömrük Komitəsində sədrin birinci müavini Səfər Mehdiyevdən sonra əsas söz sahibi hesab olunur. Əsgər Abdullayev Səfər Mehdiyev kimi kadr təyinatlarında həlledici sözə sahibdir. Heydər Əsədovla qohumluq onun da mövqelərinin güclənməsinə səbəb olacaq. Bu isə onun DGK-nin sədri postuna əsas iddialılardan birinə çevirəcək. Heydər Əsədov və Ziya Məmmədovla qohumluq DGK-ində heç bir rəhbər şəxsin malik olmadığı güc qaynağıdır. İstər DGK-nin sədri Aydın Əliev, istərsə də onun birinci müavini Səfər Mehdiyev bundan sonra hakimiyyət daxilindəki mövqeyinə Əsgər Abdullayevdən geridə olacaqlar. Bununla bağlı mövqeyini bizimlə bölüşən gömrük əməkdaşının sözlərinə görə Əsgər Avdullayevin DGK-nin gələcək sədri olması bu orqandakı çoxhakimiyyətliyə də son qoya bilər. Adının çəkilməsini istəməyən gömrükçü Əsgər Abdullayevi DGK-nin rəhbərliyinə iddialılar arasında ən ləyaqətlilərdən biri kimi də təqdim etdi. Məlumatda son olaraq o da qeyd edilir ki, Heydər Əsədovla Əsgər Abdullayevin övladlarının toy mərasimi yeni il ərəfəsində baş tutatcaq və toy mərasimi ?Buta Palace?də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA