Məhkəmə ?Yeni Müsavat? qəzetinin Müdafiə Nazirliyinə qarzı iddianı təmin etməyib

img

19-11-2011 [01:08]


Noyabrın 18-də Səbayel Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə ?Yeni Müsavat? qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasına dair məhkəmə proses keçirilib. Qeyd edək ki, ?Yeni Müsavat? qəzeti 15 sentyabr 2011-ci il tarixində Türkiyənin Bakıdakı səfirliyinin ?Anadolu? xəbər agentliyinə verdiyi və rəsmi şəkildə Müdafiə Nazirliyinə göndərdiyi faksın nazirlik tərəfindən uydurulduğunu və mətbuata ötürüldüyünü iddia edirdi. Müdafiə Nazirliyi faksın həqiqətən Türkiyə səfirliyinin mətbuat xidməti vasitəsi ilə göndərildiyini təsdiq edən arayışı 14 noyabr 2011-ci il tarixində yenidən diplomatik korpusdan alaraq məhkəməyə təqdim edib. Səbayel Rayon Məhkəməsi ?Yeni Müsavat? qəzetinin Müdafiə Nazirliyinə qarşı iddiasını təmin etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA