Milli Şura Türkiyəli qonaqlarla görüzüb

img

17-11-2011 [03:48]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi Azərbaycanda səfərdə olan Türk Döyüş idman növü ? Sayokan Dünya Federasiyasının rəhbəri YABĞU NİHAT İGİD, DSF-ın Prezidenti Doç. Dr. Unal Ozdemir ( Karabük Universitetinin professoru), DSF-ın vitse-prezidenti Yrd. Doç. Dr. Mücahit COŞKUN və Azərbaycan Soyakan Federasiyasının rəhbəri Vasif Namazovla görüşüblər. Qonaqları salamlayan millət vəkili Fuad Muradov bildirib ki, Azərbaycanla Türkiyə hər zaman tarixə söykənən qardaşlıq münasibətlərinin inkişafı istiqamətində ciddi addımlar atıblar. Bu gün də həmin addımlar Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yüksək şəkildə davam etdirilir: ?İstər idman , istər mədəniyyət , istər digər sahələrdə daim bir birimizə dəstək verməyə həmişə hazırıq. Ortaq dəyərlərimizin inkişafında Azərbaycan həmişə maraqlıdır və bu işdə də öz töhvəsini verir. Düşünürəm ki, Sayokan Türk Döyüş növünün Azərbaycanda yayılmasına və inkişafına biz öz tərəfimizdən lazımı dəstəyi verəcəyik. Öz növbəsində verdiyi dəstəyə görə, ARGTMŞ-nın rəhbərliyinə təşəkkür edən Sayokan Dünya Federasiyasının rəhbəri YABĞU NİHAT İGİD bildirdi ki, türk birliyinin güclənməsində idmanın da rolu çox böyükdür. ARGTMŞ-nın idarə heyətinin üzvü, ?Sağlam İnkişaf və Maarifləndirmə? İctimai Birliyinin sədri Anar Xəlilov qonaqları salamlayaraq, qeyd edib ki, bu gün Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir: ?Demək olar ki, idmanın bütün sahələri ölkəmizdə yüksək inkişaf mərhələsindədir.Ümid edirəm ki, milli dəyərlərimizdən qaynaqlanan bu idman növü də Azərbaycan gənclərində yüksək maraq döğuracaq?. Görüşdə qonaqlar və ARGTMŞ-nın sədr müavini , Dünya Gənclər Bankının regional ofisinin rəhbəri Vüsalə Hüseynli, ARGTMŞ-nın büro üzvü ?Bakı Gənclər Klubu?nun sədri Azər Cavadov da türk dünyasının inkişafında gənclərin verdiyi töhvələr barədə fikir bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA