Hava meteohəssas insanlarda narahatlıq hissi yaradacaq

img

17-11-2011 [02:15]


Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və axşam Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək. Sabah meteoroloji amillərin mülayim tərəddüdləri əksər meteohəssas insanlar ücün əlverişli olsa da, noyabrın 19-da nisbi rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA