Ramil Usubov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

img

16-11-2011 [05:45]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nazir qonağa rəhbərlik etdiyi qurumun funksiyası və fəaliyyət istiqamətləri barədə məlumat verib. Nazir daha sonra müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi mürəkkəb yol, Ermənistanın təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyünün pozulması, hüquq-mühafizə sistemində həyata keçirilən islahatlardan danışıb. O da qeyd olunub ki, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələr 2002-ci ildən etibarən qurulmağa başlayıb. Bunun nəticəsi olaraq, cinayətkarlıqla mübarizəyə dair iki sənəd ? ?Azərbaycan Respublikası hökuməti və Pakistan Respublikası hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında? və ?Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında? sazişlər işlənib hazırlanıb. Hər iki saziş 2004-cü ildə Pakistan İslam Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Eyni zamanda, Azərbaycanla Pakistanın daxili işlər orqanları arasında əməkdaşlıq Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində də həyata keçirilir. Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA