Prezident ilham Əliyev Oğuza gedib

img

16-11-2011 [05:16]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gedib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb. *** İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Qeyd edilib ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunub. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulub. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar var. Burada, həmçinin gümbəz formasında 12 istirahət guşəsi yaradılıb. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, səkilər salınıb, yaşıllaşdırma işləri görülüb, dekorativ gül kolları və ağaclar əkilib. Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verilib. Qeyd edildi ki, ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılıb. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılıb, yollar genişləndirilib. Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon sakini Xalid Babayev oğuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.[center][/center]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA