Ziya Məmmədov ümumdünya Turizm Təzkilatının baz katibi ilə görüzüb

img

16-11-2011 [02:21]


Azərbaycanın turizm potensialı və nəqliyyat sektorunda həyata keçirilən layihələr nəqliyyat naziri Ziya Məmmədovla Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb D.Rifainin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirilən görüşündə müzakirə olunub. Görüşdə dünyada turizm sənayesinin inkişafı və əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın turizm potensialından danışılıb. ÜTT-nin rəhbəri hava və avtomobil nəqliyyatı ilə bağlı məsələləri xüsusi vurğulayıb. Ölkədə turizm sektoru sahəsində görülən işlərdən danışan Z.Məmmədov Şimal, Cənub və Qərb istiqamətlərində magistral avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulduğunu bildirib. Eləcə də, nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı intensiv işlərin aparıldığını və Asiya ilə Avropanı birləşdirən bu xəttin Azərbaycanda turizmin inkişafına güclü təkan verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA