Metroda pulsuz Wi-Fi internet olacaq

img

15-11-2011 [02:44]


Bakı Metropoliteninin stansiyalarında simsiz internet ? Wi-Fi şəbəkəsi qurulacaq. Bu barədə Metropoliten idarəsindən məlumat verilib. İlk mərhələdə metronun paytaxtın mərkəzindəki stansiyalarında və yenidənqurmadan sonra ?Məşədi Əzizbəyov? stansiyasında Wi-Fi şəbəkəsinin qurulması nəzərdə tutulur. Hazırda bu layihə Metropoliten idarəsində nəzərdən keçirilir. Başqa bir məlumata görə, stansiyalarda yüksək sürətli internetə giriş hava limanındakı kimi pulsuz olacaq. Yəni vətəndaşlar özünün müvafiq cihazlarından istifadə etməklə metro stansiyalarında rahat şəkildə internetə daxil ola biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA