Avrasiyada əmək miqrantlarının sosial müdafiəsi müzakirə olunub

img

14-11-2011 [11:59]


Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ?Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi?nə dair işçi qrupunun növbəti iclasında iştirak edib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Cenevrə şəhərində keçirilən iclasda Avrasiya məkanında əmək miqrantlarının sosial müdafiəsi məsələləri, problemlər və onların həlli istiqamətləri müzakirə olunub, bu məsələ ilə bağlı müxtəlif ölkələrin sosial müdafiə sistemləri təhlil edilib. Müzakirələr zamanı bu sahədə çoxtərəfli, ikitərəfli müqavilələrin bağlanılmasının əhəmiyyətindən danışılıb və tövsiyələrin hazırlanması istiqamətində təkliflər verilib. İclasda DSMF-nin Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev xüsusi təqdimatla çıxış edib. Təqdimat zamanı, 2006-cı ildən etibarən ölkəmizdə beynəlxalq standartlara uyğun fərdi uçota əsaslanan əmək pensiyaları sistemi, eləcə də qanunvericilikdə aparılmış dəyişikliklərə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması sahəsində görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA