QHT-lərə Dövlət Dəstəyi Şurasında BMT nümayəndəsi ilə görüz keçirilib

img

11-11-2011 [04:01]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında BMT İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri cənab Andrey Abramovla ölkənin bir sıra aparıcı QHT rəhbərlərinin görüşü keçirildi. Qonağı görüş iştirakçılarına təqdim edən Şura sədri Azay Quliyev Azərbaycan QHT sektorunun vəziyyəti, son illər ölkədə QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, eləcə də Azərbaycan QHT-lərinin beynəlxalq strukturlarda təmsilçiliyi haqqında məlumat verdi. A.Quliyev qeyd etdi ki, dünyaya və Avropaya inteqrasiya baxımından ölkəmizin qarşısında duran böyük vəzifələr, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, Qarabağ münaqişəsilə bağlı məsələlərin həlli QHT-lərin beynəlxalq qurumlara, xüsusilə BMT strukturlarına inteqrasiyasını şərtləndirən başlıca amillərdir. Cənab A.Abramov ölkəmizə dəvətə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğluna təşəkkür edərək, Azərbaycandan hələlik yalnız 5 QHT-nin BMT İqtisadi-Sosial Şurasına (ECOSOC) üzv olduğunu və bu təmsilçiliyin gələcəkdə daha da gücləndirilməsinin vacibliyini bildirdi. Görüşdə çıxış edən QHT rəhbərləri Umud Rəhimoğlu, Əhməd Qəşəmoğlu, Vüsalə Hüseynli, Pərvin Məmmədova, Novella Cəfəroğlu, İsrail İsgəndərov, Səidə Qocamanlı, Rauf Zeyni, Səadət Bənənyarlı, Vahid Qazi və başqaları bu nüfuzlu BMT strukturu ilə əməkdaşlıq haqqında öz fikirlərini bildirdilər. BMT-nin Azərbaycandakı təmsilçiliyinin yerli QHT-lərlə əlaqələrinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə icma təmaslarının artırılması, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin qarşılanması, BMT strukturları vasitəsilə başqa ölkələrin iş təcrübəsinin öyrənilməsi və başqa məsələlər barədə əməkdaşlıq haqda fikir mübadiləsi aparıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA