Dünya zöhrətli alim Rafiq Əliyevi müdafiə edək

img

11-11-2011 [03:04]


[b]Azərbaycan ziyalılarına müraciət[/b] Dünyanın dahi alimlərindən olan Lütfi Zadənin tələbəsi, dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafinda müstəsna xidmətləri olan, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət Mükafatı Laureatı, ABS-ın Corciya Dövlət Universitetinin professoru, Almaniyanın Siegen Universitetinin professoru, Kuzey Kıbrısın Yaxın Doğu Universitetinin professoru, Təbriz Universitetinin professoru, Azərbaycan Dövlət Neft Akademiyasının ″Avtomatlaşdırılmış idarəetmə sistemləri″ kafedrasının müdiri, Rafiq Əliyev Ziyalıların Forumunda iştirakına və Forumda Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması haqqında çıxış etdiyinə görə ADNA rektoru Səyavuş Qarayevin əmri ilə kafedra müdiri vəzifəsindən azad edilib. Araşdırmalarım göstərir ki, 1.ADNA rektoru Seyavuş Qarayevin elmi reytinqi Rafiq Əliyevin elmi reytinqi ilə müqayisədə 10 dəfələrlə aşağıdır. 2.Rafiq Əliyev elmi reytinqinə görə Azərbaycanda birincidir. Dünya şöhrətli alim Rafiq Əliyevin gülünc dəlillərlə işdən çıxarılması Azərbaycan elminə və təhsilinə, Azərbaycanın dünyadakı nüfuzuna ciddi zərbə vurur. Elmimizə və təhsilimizə, Azərbaycanımıza dünyada utanc gətirir. Hökumətə yarınmaq məqsədilə Rafiq Əliyevi kafedra müdiri vəzifəsindən azad edən Səyavuş Qarayev isə bu hərəkəti ilə Azərbaycan Respublikasının ali icra hakimiyyətinin nüfuzuna zərbə vurmaqla, onu bu vəzifəyə təyin edən prezidentə ayı xidməti göstərib. Mən Azərbaycan Milli Elmlər Akademiyasındakı alimlərə, Azərbaycan universitetlərindəki ziyalılara, Azərbaycanın siyasi partiyalarında, Azərbaycan hökumətindəki vicdanlı və ziyalı insanların hamısına müraciət edərək, dünya şöhrətli alim Rafiq Əliyevin hüquqlarını müdafiə etməyə çağırıram. Rafiq Əliyevin hüquqlarının müdafiəsi Azərbaycan elminin və təhsilinin inkişafına xidmət edəcək. Rafiq Əliyevin hüquqlarının müdafiəsi alimlərin cəmiyyətimizdəki rolunun və qiymətinin artmasına xidmət edəcək. Dünya şöhrətli alimRafiq Əliyevin hüquqlarını müdfiə etməklə yanaşı, həm də Rafiq Əliyevi kafedra müdiri vəzifəsindən azad edənlərin, ilk növbədə isi ADNA rektoru Səyavuş Qarayevin istefası tələb olunmalıdır. Mən bir alim olaraq dəhşətli bir faktı da deməyi özümə borc bilirəm. Azərbaycanın dövlət universitetlərinin bir çoxunun rektorlarını alim kimi ?Biləcəridən o tərəfə? heç kim tanımır. Belə alimlərin rektor vəzifələrində olmaları Azərbaycan təhsilini və Azərbaycan elmini məhv edir. Hörmətlə, Qüdrət İsaqov Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd, Fizika-riyaziyyat elmləri doktoru, professor, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı və Beynəlxalq Kosmonavtika jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki, ATEA-nın fəxri Rentgen medalı Laureatı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA