06-09-2018 [15:52]
Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb.
Mia.az Vergilər Nazirliyinə istinadən bildirir ki, yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.
Vergi hesabatlarını vergi orqanları hazırlayacaq
Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır. Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.
E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır
Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.
E-audit – şəffaf yoxlama metodu
Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına da çalışır. Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Bunun üçün yeni məlumat bazasının yaradılması, vergi ödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması işləri həyata keçiriləcək.
Elektron nəzarət sistemi - onlayn kassa
Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Vergilər Nazirliyinin məqsədi ondan ibarətdir ki, kassa aparatları sahəsində şəffaflıq təmin olunsun. Bunun üçün yaxın gələcəkdə yeni texnologiyadan istifadə etməklə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir. Nəticədə nazirliyin sistemində vergi ödəyicilərinin əməliyyat məlumatları daha dürüst olacaq və satış mühasibatlığında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır.
Yeni texnologiyalar yeni təhlükəsizlik sistemini tələb edir
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin "Dövlət xidmətləri” Portalında Vergilər Nazirliyi ən çox elektron xidmət təklif edən qurumdur. Hazırda Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlərin sayı 63-dür və bu xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır. Bu işlər sayəsində gələcəkdə vergi ödəyiciləri ilə münasibətlərdə insan amilinin aradan qaldırılması və xidmət şəbəkələrinin iş həcminin azaldılması hədəf seçilib. Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması və elektronlaşmanın yüksək səviyyəyə çatdırılması təhlükəsizlik məsələlərinin həllini zəruri edir. İnformasiya təhlükəsizliyi sisteminin idarə edilməsində müasir metodların tətbiqi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin hədəflərindən biridir. Vergilər Nazirliyində vergi ödəyicilərinə məxsus, kommersiya sirləri və vergi orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar toplanır və bu məlumatların kiberhücumlardan sığortalanması üçün ən müasir və təkmil texnologiayaların tətbiqi vacibdir. Vergilər Naziliyi hazırda bu sahənin təkmilləşdirilməsi üzərində iş aparır.
Beləliklə, nazirliyin yeni rəqəmsal idarəetmə sistemi çərçivəsində müasir vergi siyasətinin tənzimlənməsi yolu ilə nəzərdə tutulmuş hədəflərə, prinsip və məqsədlərə daha effektiv nail olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi