Azərbaycanda orta məktəbdə partlayız: bir zagird yaralanıb(yenilənib)

img

11-11-2011 [02:53]


Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən partlayışla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri, Xəzər rayonunda 234 saylı orta məktəbdə partlayış baş verib, 1 şagird xəsarət alıb. İlkin araşdırmalar nəticəsində, partlayışın məktəbin 3-cü mərtəbəsində, sanitar qovşağında baş verdiyi məlum olub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasının həkimlərinə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır. .... Bu gün saat 13 radələrində Bakının Xəzər rayonu Buzovna qəsəbəsində 234 saylı orta məktəbdə partlayış baş verib. Hadisə məktəbin qazanxanasında yoxlama aparılan zaman baş verib. "Hazırda yaxınlıqda tikinti gedir. Ola bilsin ki, tikinti zamanı qaz borusu zədələnib. Nəticədə sızan qaz kanalizasiya sitemindən məktəbin tualetinə dolub. Bu zaman partlayış olub. Tualetdə olan şagirdin əlləri yanıb. Bu, 11 -ci sinif şagirdi İbadlı Məmidir. Onun əlləri və qol nahiyəsi yanıb. Hazırda şagird təcili yardımla 5 saylı xəstəxananın yanıq klinkasına yerləşdirilib", deyə məktəbin direktoru Sima Mehdiyeva anspress-ə bildirdi. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəlib. Hadisənin səbəbləri araşdırılır. Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış şagirdin siqareti yandırdığı zaman baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA