AŞPA-nın payız sessiyasının gündəliyi açıqlandı - Azərbaycanlı deputat çıxış edəcək

img

06-09-2018 [12:15]


 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının keçiriləcəyi tarix və gündəliyi açıqlanıb.

"Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya bu il oktyabrın 8-dən 12-dək keçiriləcək.

Sessiyanın gündəliyinə Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması məsələləri daxildir. Azərbaycanlı deputat Sahibə Qafarova bu mövzuda məruzə ilə çıxış edəcək.

Həmçinin AŞPA sessiyasının iştirakçıları İsrail ədliyyə sistemində fələstinli azlıqlarla rəftar məsələsini, Serbiyanın üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsini müzakirə edəcək və Avropa Şurasının Birləşmiş Millətlər Təşkilatının insan haqları sahəsindəki mexanizmləri ilə əməkdaşlığını qiymətləndirəcəklər.

Bununla bərabər, sessiya çərçivəsində Albaniya, Norveç və Türkiyə üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA