Konstitusiyanın inkizaf mərhələləri və gələcək hədəfləri müzakirə edilib

img

11-11-2011 [12:27]


Gənclər üçün Təhsil Mərkəzində Konstitusiyamızın qəbul olunmasının 16 illiyinə həsr olunmuş ?Azərbaycan dövlətçilik tarixində Konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəflər? mövzusunda dəyirmi masa keçirilib. Hüquqşünasların, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın əsas məqsədi konstitusiyanın hüquqi dövlətimizin qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, eyni zamanda gələcək hədəfləri müəyyənləşdirmək idi. Qurumdan verilən məlumata görə, dəyirmi masada əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bu günkü konstitusiyamızı fərqləndirən cəhətlər olub. Belə ki, 16 il bundan öncə qəbul edilmiş son konstitusiyamızın üstünlükləri və orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulmuş, onun əvvəlki konstitusiyalarımızdan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA