05-09-2018 [12:21]
"Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən hazırlanan yeni - "Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını – onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək. Bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
"Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə müəyyən təkliflər irəli sürülüb. Komitə də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, "Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur”.
İsa Həbibbəyli Təhsil Nazirliyinin nəzdində "Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyini xatırladıb:
"Məndə olan məlumata görə, bir çox tələbəyə bu fond vasitəsilə kredit verilib. Onu da deyim ki, "Maarifçi” Tələbə Kredit Fondunun maliyyə imkanları geniş deyil. Ancaq ümid edirəm ki, "Təhsil kreditləri haqqında "qanun tələbələrin maliyyə çətinliyini aradan qaldıracaq. Hazırda qanunla bağlı axtarışlarımızı davam etdiririk. Bu məsələdə əsas çətinlik sənədin maliyyə tutumlu olmasıdır. Bu məsələ üçün böyük kapital, maliyyə lazımdır. Ona görə də bu məsələnin müsbət həlini tapmasında iş adamlarından, sahibkarlardan, bank sektorundan ciddi təkliflər, təşəbbüslər gözləyirik. Birincisi, həmin vəsaitlər sonradan müəyyən faizlər əlavə olunmaqla, onların özlərinə qayıtmış olacaq, ikincisi, onların ayırdıqları vəsaitlər ölkənin gələcək inkişafına, Azərbaycanın təhsilli gəncliyinin formalaşmasına bir stimul, kömək olacaq. Bu baxımdan, iş adamları, bankirlər bu məsələyə ciddi maddi dəstək verməlidirlər. Bütün hallarda belə bir qanunun qəbulunu vacib hesab edirik və inanırıq ki, yaxın gələcəkdə bu məsələ öz müsbət həllini tapacaq”.
Komitə sədri qeyd edib ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifini ilk dəfə deputat həmkarları Vahid Əhmədovla Əli Məsimli səsləndiriblər:
"Onlar hətta birlikdə "Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıb parlamentə təqdim ediblər. Biz bu qanun layihəsinin hazırlanması zamanı komitə üzvləri ilə yanaşı, onların da təkliflərini nəzərə alacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi