İnam Kərimov aparat rəhbərini vəzifəsindən azad etdi - Yeni təyinat

img

04-09-2018 [21:59]


Kənd təsərrüfatı naziri İnam Kərimov nazirlikdə kadr dəyişiklikləri ilə bağlı əmr imzalayıb.

BakuPost-a daxil olan məlumata görə, nazirin əmri ilə Aparat rəhbəri İlham Bayramov vəzifəsindən azad edilib. İnam Kərimov onu özünə müşavir təyin edib.

Bundan başqa, nazirliyin Daxili nəzarət və audit şöbəsinin rəhbəri Aqil Quliyev də bu vəzifədən azad edilib. O, nazirin digər əmri ilə İlham Bayramovun yerinə - Aparat rəhbəri təyin edilib.

Faktı nazirlikdən təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA