Sahil Babayevdən növbəti dəyişiklik - Daha bir rayona DSMF sədri təyin olundu

img

04-09-2018 [15:58]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir rayon şöbəsinə yeni müdir təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Şəmsəddin oğlu Abasov DSMF-nin Kürdəmir rayon şöbəsinə sədr təyin olunub.

Qeyd edək ki, DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri İlkin İbadulla oğlu İbrahimov bir müddət əvvəl vəzifəsindən azad edilərək Abşerona göndərilmiş, onun səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılmışdı/report.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA