Bu məhsulların ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsini qadağan edildi - SİYAHI

img

04-09-2018 [12:23]


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

Bu barədə Mia.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunan məhsulların siyahısı ilə aşağıdakı cədvəllə tanış olmaq mümkündür.

İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar

Sıra sayıMəhsulun adıİstehsalçı (firma və ölkə)Müayinənin nəticəsi
1SEDALİN FORTE"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏmənfi rəy
2LARGOVIT KIDS"Pharmaex Rom İndustry", Rumıniyamənfi rəy
3MAX POWDER WOMAN"S.C Laboratoarele Medica S.R.L." Türkiyəmənfi rəy
4Lipocalin"GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏmənfi rəy
5DETRIVIGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyəmənfi rəy
6CHONDROCHOLGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyəmənfi rəy
7VITAZIMGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyəmənfi rəy
8ORGENZYMEGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyəmənfi rəy
9VENOLAST"Gricar Chemical S.R.L." İtaliyamənfi rəy
10Qrenofa"Wallmark" Çex Respubilkasımənfi rəy
11Miks Nevro"TİVİT" Litvamənfi rəy
12FERROFOLGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyəmənfi rəy
13ASFERTİL N30GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Ştimənfi rəy
14SİTRATİNGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Ştimənfi rəy
15UROLİZİNGH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.Ştimənfi rəy

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA