Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

img

04-09-2018 [10:23]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

Mia.az Nazirlər Kabinetinə istinaədn bildirir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar verib.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib: 

Kollegiyanın sədri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA