Azərbaycanla Türkiyənin hava şahinləri birgə taktiki-uçuşa belə başladı - VİDEO

img

03-09-2018 [19:02]


 Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirlliyindən Mia.az-a verilən məlumata görə, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.

Qarşılama mərasimində çıxış edənlər keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib.

Təlimlər sentyabrın 14-dək davam edəcək. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA