Eldar Əzizovdan daha bir qərar - Əcnəbi dildə olan və uyğunsuz yerlərə vurulan reklam lövhələri də yığışdırılır

img

03-09-2018 [13:11]


 Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini Eldar Əzizov paytaxtda yaşayış və qeyri-yaşayış binalarının estetik görünüşünə xələl gətirən elementlərin yığışdırılması ilə bağlı tapşırıq verib.

"Report”un BŞİH-dən əldə etdiyi məlumata görə, tapşırığa əsasən, əcnəbi dildə reklamlar, quraşdırıldığı yerə uyğun olmayan reklam konstruksiyaları sökülür.

Bundan başqa, yaşayış binalarının görünüşünə xələl gətirən paltar asmaq üçün nəzərdə tutulan dəmir konstruksiyalar da yığışdırılır.

Hazırda bu istiqamətdə işlər əsasən Yasamal, Nərimanov və Nizami rayonları ərazisində aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA