“Biz hər zaman bir-birimizin yanındayıq” - İlham Əliyev

img

03-09-2018 [12:43]


"Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır. O cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq”.

Bu sözləri prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində çıxışı zamanı deyib.

Sammitdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə yerli pul vahidləri ilə ticarətə üstünlük verilməsini təklif edib: "Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza əngəl olaraq çıxır”.

Türkiyə lideri eyni zamanda, FETÖ təşkilatlanması ilə bağlı məsələyə bir daha diqqət çəkib: "Yaşadıqlarımız bizə olduğu qədər dostlarımıza da FETÖ ilə mübarizəyə gecikməməli olduqlarını çox açıq göstərdi. Bu məsələdə xüsusi olaraq Özbəkistanın atmış olduğu addımları bizlər də təqdir edirik”.

Ərdoğan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə davam edəcəklərini vurğulayıb/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA