"Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir" - Prezident İlham Əliyev

img

02-09-2018 [10:53]


Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA