Sədar Cəlaloğlu Lalə Şövkətə təbrik məktubu ünvanlayıb

img

10-11-2011 [02:48]


Bu gün Azərbaycan Liberal Partiyasının lideri, görkəmli ictimai-siyasi xadim Lalə Şövkət xanımın 60 yaşı tamam olur. Azərbaycan Demokrat Partiyasının sədri Sədar Cəlaloğlu və ADP İdarə Heyəti yubiley münasibəti ilə əlaqədar Lalə xanıma təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilr. ?Hörmətli Lalə xanım Bu gün Sizin kamillik zirvəsinə doğru gələn 60 illik həyat yolunuzun tamam olduğu və bu kamillik zirvəsindən sizi başlatdığınız mübarizə yolunun qələbəsinə səsləyən mübarək çağrışların başlandığı gündür. Siz fəxr edə bilərsiniz ki, qaynar gənclik eşqi iləAzərbaycanın müstəqilliyi, demokratiya və xalqımızın xoşbəxt gələcəyi naminə başlatdığınız ictimayi-siyasi mübarizənin hər anı Azərbaycan idealları uğrunda mücadilələrə qatılan hər bir kəsə örnək məktəbidir. Sizin keşməkeşlərlə, siyasi mübarizələrlə zəngin olan həyatınız bu gün məqsədyönlü şəkildə aktiv siyasi həyatdan uzaqlaşdırılan Azərbaycan qadınının hansı siyasi potensiala malik olmasından xəbər verir. Siz dövləti təcrübəni, iti zəkanı, əxlaqlı siyasi mübarizni və siyasi xadimlərə aid olan digər məziyyətləri özünüzdə təcəssüm etdirməklə Yaxın Şərqdə azsaylı qadın liderlərin sırasına daxil olmusunuz. Azərbaycanda mövcud olan antidemokratik bir şəraitdə, təqiblərə, təzyiqlərə sinə gərərək siyasi mübarizəni ardıcıllıqla davam etdirməyiniz sizin mətanət və cəsarətinizin bariz nümunəsi və siyasi qərarlılığınızın aydın ifadəsidir. Hakimiyyətin siyasəti ilə barışmayıb, yüksək dövləti vəzifədən istefa verməyiniz və sonradan sizə təklif edilən vəzifələrdən imtina etməyiniz sizin ambisiyalardan və şəxsi maraqlardan uzaq olmağınızı göstərməklə, xalqın və dövlətin maraqlarını hər bir dəyərdən üstün tutmağınıza canlı sübutdur. Hörmətli Lalə xanım! Sizi bir daha yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə ulu Tanrıdan xoşbəxtlik diləyir və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA