01-09-2018 [12:03]
Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov İH-də ciddi islahatlar və araşdırmalara başlayıb.
Bu barədə müsavat.com-a daxil olan məlumatda bildirilir ki, yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti, əməlləri ilə bağlı ilkin incələmədən sonra müvafiq addımlar atmağa başlayıb.
İlkin olaraq illərdir yerli əhaliyə "qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayev işdən azad edilib.
Başçı Niyazi Bayramov Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə qərar verib.
Bundan başqa, daha çox şikayət edilən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyətinin araşdırılmasını komissiyaya tapşırıb.
Məlumatı verən mənbə bildirir ki, Məharət Mustafayev Elmar Vəliyevin "torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.
Mənbə qeyd edir ki, Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar həbslərlə nəticələnə bilər.
Nəzərə çatdıraq ki, Məharət Mustafayevin adı mediada çoxdan məşhurdur. Onun qanunsuzluqlara yol verməsi, vətəndaşları incitməsi haqda indiyədək onlarla vətəndaşın müraciətləri də mediada dərc olunub.
Qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi.
Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu. Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, "sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də "təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu…
Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı.
Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü. Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.
Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi