İlham Əliyevlə Putinin görüşündə nələr müzakirə olunacaq? - Kreml açıqladı

img

01-09-2018 [10:58]


Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

TASS xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, liderlər kiçik heyətlə danışıqlar aparacaq, sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olacaq, "sənədlər imzalanacaq və dövlət başçıları mətbuat üçün müvafiq bəyanatlar verəcəklər”.

Kremlin mətbuat xidmətində dəqiqləşdiriblər ki, Putin və Əliyev "ikitərəfli gündəmin vacib məsələlərini, o cümlədən qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini” müzakirə edəcəklər.

"Həmçinin aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq. Danışıqların yekunları üzrə bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanması gözlənilir”, - mətbuat xidmətində əlavə ediblər/Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA