Türkiyənin nəzarət etdiyi İdlib: Əsəd hücum edəcəyini deyir - ABŞ-la Rusiya yenidən üz-üzə gəldi

img

01-09-2018 [00:26]


Türkiyənin müşahidə məntəqələrinin olduğu Suriyanın İdlib bölgəsində vəziyyət gərginləşib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, Türkiyənin etirazına baxmayaraq, Əsəd rejimi müxalifətçilərin yerləşdiyi İdlibə yaxın günlərdə hücum edəcəyini bəyan edib. Bildirilib ki, bu bölgə mütləq müxalif silahlı qüvvələrdən təmizlənərək, ölkənin ərazi bütövlüyü təmin olunacaq.

Diqqətçəkən odur ki, rəsmi Moskva da bu məsələdə Əsəd hökumətinə dəstyini ifadə edib.

Belə ki, Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, Əsəd rejiminin İdlibdə əməliyyata başlamağa tam haqqı və hüququ var.

Lavrovun bu bəyanatından sonra isə ABŞ-dan əks reaksiya gəlib.

Belə ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İdlibə doğru əməliyyatın başlanması vəziyyəti daha da gərginləşdirəcək: "Birləşmiş Ştatlar bunun onsuz da təhlükəli olan vəziyyəti daha gərginləşdirəcəyini düşünür”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA