Azərbaycan Hərbi Hava Qüvvələrinin 5 qırıcısı Türkiyəyə getdi - Səbəb

img

31-08-2018 [16:56]


 Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki,  məqsəd Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq "TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etməkdir. 

Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd "MiQ-29” qırıcı və 3 ədəd "Su-25” hücum təyyarələri iştirak edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA