Gəncənin yeni icra başçısı şəhər ağsaqqalları ilə görüşüb: "Əsas məqsədim..."

img

31-08-2018 [10:01]


Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxt ayırıb, görüşə gəldikləri üçün ağsaqqalara təşşəkkür edib. O qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.

"Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyə Niyazi Bayramov bildirib.

Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan İcra Hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklər. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA