Bakıda küçəyə tibbi maskada çıxın – Əhaliyə xəbərdarlıq

img

30-08-2018 [17:49]


Türkmənistan Bakıya gələn toz dumanı sanitar normaları 5 dəfə aşıb. Bununla bağlı insanların səhhəti üçün də müəyyən mənada təhlükə ola bilər. Bakıda bu günlərdə küçədə tibbi maska taxaraq gəzmək tövsiyyə olunur.

Mia.az xəbər verir ki, bununla bağlı toksikoloq, t.e.n İsmayıl Əfəndiyev haqqın.az-a açıqlama verib:

"Alov qüllələrini belə görünməz edən toz dumana Bakıda gedən çoxsaylı tikinti işlərinin tozu da qarışıb. Hava ilə qarışan toz hissəcikləri xroniki tənəffüs xəstəliklərini kəskinləşdirə bilər. Müxtəlif allergiyalar, konyuktivit, astma tutmaları çoxalacaq. Benzinin bahalaşması ilə bağlı çox sürücülər dizelə keçir. Bu yanacağın şəhər daxilində çox istifadəsi isə insan səhhəti üçün zərərlidir.

Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib ki, atmosferin avtomobil qazları ilə kirlənməsi nəfəs aldığımız havada kanserogen maddələrin miqdarını artırır və onkoloji xəstəliklərə təkan verir. Bakıda normadan artıq toz dumanı var, əhaliyə, xüsusən xroniki xəstəliyi olanlara küçəyə tibbi maskada çıxmağı tövsiyyə edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA