Prezident köməkçisi işdən çıxarılan icra başçısını "vurdu" - Gədəbəyin yeni başçısı təqdim edildi

img

30-08-2018 [15:19]


Prezident İlham Əliyevin sərəncamına əsasən Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayev kollektivə təqdim edilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak edib.

Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib/unikal.org.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarov keçmiş Vergilər naziri Fazil Məmmədovun yaxın adamı hesab edilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA