Azərbaycan ordusunda yarış başladı - Müdafiə Nazirliyindən açıqlama

img

30-08-2018 [13:22]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA